Pakistan ordusu son dərəcə yüksək hazırlıq vəziyyətindədir

saytların hazırlanması

Evə çatdırılma

Pakistan ordusu son dərəcə yüksək hazırlıq vəziyyətindədir

Dünya

18 Yanvar 2024 12:56 434


Pakistan ordusu "son dərəcə yüksək" döyüş hazırlığındadır.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bu qərar İranla münasibətlərin pisləşməsi fonunda qəbul edilib.

Yanvarın 16-da axşam saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətində yerləşən “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil etdiyini açıqlayıb. Marqarita pizza

Pakistan İranın hücumunu qətiyyətlə pisləyib və çərşənbə günü öz səfirini Tehrandan geri çağırıb, həmçinin İran səfirinin hələlik İslamabaddakı diplomatik missiyasını davam etdirə bilməyəcəyinə işarə edib.

Rəsmi İslamabad İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına silsilə hücumlar təşkil etdiyini açıqlayıb. Xarici İşlər Nazirliyi qeyd edib ki, əməliyyatın hədəfi İran daxilində idarə olunmayan ərazilərdə özlərini “sarmaçar” adlandıran Pakistan əsilli terrorçulardır. Eyni zamanda, Xarici İşlər Nazirliyi Pakistanın İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini və zərbələrin yeganə məqsədinin Pakistanın öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!