Pakistan rəsmisi: Məxfilik vacib şərtdir

saytların hazırlanması

Evə çatdırılma

Pakistan rəsmisi: Məxfilik vacib şərtdir

Dünya

16 Aprel 2026 15:22 324


ABŞ-İran danışıqlarının ikinci mərhələsinin tarixi hələ müəyyən edilməyib.

"Yeni Sabah" EFE-yə istinadla xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi bildirib.

Onun sözlərinə görə, danışıqların uğuru üçün məxfilik vacib şərtdir:  pizza sifarişi

"İslamabad vasitəçi ölkənin neytrallığını pozmamaq üçün gündəliyin təfərrüatlarını və ya iştirakçı ölkələrin mövqelərini açıqlamaq niyyətində deyil. Növbəti görüşdə kim iştirak edəcək, nümayəndə heyətlərinin sayı nə qədər olacaq, kim qalacaq və kim gedəcək - buna tərəflər qərar verəcək".

Andrabi bildirib ki, İslamabad danışıqlarda iştirak edən tərəflərin mövqeləri barədə şərh verməyəcək, çünki Pakistan danışıqlarda əsas vasitəçi kimi ona göstərilən etimadı yüksək qiymətləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!