Pakistan vətəndaşına qarşı quldurluq edən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Pakistan vətəndaşına qarşı quldurluq edən şəxsə hökm oxundu

Kriminal

19 Dekabr 2025 19:49 639


Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Yunis Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşib.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Yunis Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə iyun ayında saat 00:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 34 ünvanında baş verib. İttihama görə, Yunis Ağayev əvvəlcədən tanış olduğu Pakistan vətəndaşı Fareed Ghulam Akhtar Muhammad Shakelin üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurub və onun cibində olan 430 manat nağd pulu, 5 manat dəyərində olan "Winston Xs" markalı siqaret qutusunu ələ keçirərək ümumilikdə ona 435 manat məbləğində maddi ziyan vurub. Faktla bağlı cinayət işi başlanılıb. Pepperoni pizza

Yunis Ağayevə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə yekun ittiham elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!