Pakistanda ən çox axtarılan terrorçu həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda ən çox axtarılan terrorçu həbs edildi

Dünya

21 Yanvar 2024 14:27 549


Pakistanda Kəraçi polisi ilə təhlükəsizlik qüvvələri birgə kəşfiyyat əməliyyatı keçirərək qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının ən çox axtarılan terrorçusunu həbs ediblər.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, həbs edilən şəxsin “Əmjad” ləqəbli Əbdül Qaffar olduğu və onun üzərindən partlayıcı maddələrin götürüldüyü bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs qadağan olunmuş silahlı təşkilatın komandiri, müfti ləqəbli Məhəmməd Əlinin yaxın adamı olub. pizza sifarişi

Saxlanılan şəxs 2011-ci ilin oktyabrında Abdulla Şah Qazi ziyarətgahında intihar hücumu planlaşdırmaqda iştirak edib. Hadisədən sonra Əbdül Qaffar qaça bilib. Onun Kəraçiyə qruplaşma şəbəkəsini yenidən qurmaq niyyəti ilə qayıtdığı da məlum olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!