Pakistanın Baş naziri İmran Xan Prezident İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanın Baş naziri İmran Xan Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

27 May 2021 20:10 1021


Pakistan İslam Respublikasının Baş naziri İmran Xandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri. Sezar pizza

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.

Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzu edirəm.

Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!