Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edildi - Fotolar

Rəsmi

13 Avqust 2025 18:50 1041


Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. pizza

Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan ordusunun şəxsi heyətini "Müstəqillik günü" və "Haqqın qələbəsi" əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonra feldmarşal Asim Munirə Azərbaycan müdafiə nazirinin əmri ilə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!