Pakistanın raket həmləsi: Ölənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Pakistanın raket həmləsi: Ölənlərin sayı açıqlandı

Dünya

18 Yanvar 2024 11:01 490


Pakistanın İran ərazisinə raket hücumu nəticəsində 7 xarici vətəndaş həlak olub.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bu barədə İranın sərhədyanı Sistan və Bəlucistan əyalətinin təhlükəsizlik güclərindəki mənbə danışıb.

Hücumun qurbanlarının 3 qadın və 4 uşaq olduğu qeyd edilir. Pepperoni pizza

Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Pakistan hərbçiləri İranla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətinə bir sıra hava zərbələri endiriblər. Zərbələr “terrorçu qruplaşmanın mövqelərinə” yönəlib və onların məqsədi “Pakistanın milli təhlükəsizliyini və maraqlarını təmin etmək” olub.

Bir gün əvvəl İran ordusu Pakistanla sərhəd bölgələrinə zərbələr endirib. Tehran bu əməliyyat zamanı Pakistanda radikal "Ceyş əl-Adl" qruplaşmasının 2 bazasının məhv edildiyini bildirib.

Pakistan bunun suverenliyin pozulması olduğunu bildirib. Zərbələr nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb.

“Ceyş əl-Adl” qrupu 2012-ci ildə yaradılıb, onun üzvləri sələfi islam hərəkatının tərəfdarlarıdır. O, əsasən çoxlu sünni bəlucların yaşadığı və Pakistanla sərhəddə təhlükəsizlik problemlərinin mövcud olduğu İranın cənub-şərqində fəaliyyət göstərir.

Qrup İrandakı kürd separatçıları ilə qarşılıqlı əlaqədə olub. İran, ABŞ, Yaponiya, Yeni Zelandiyada terror təşkilatı kimi tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!