Palatadan problemli kreditlərlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Palatadan problemli kreditlərlə bağlı açıqlama

İqtisadiyyat

22 Aprel 2019 16:10 983


Maliyyə Bazarlarıına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditlərinə dair məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasında Apelyasiya Komissiyası yaradılıb. Fəaliyyətə başladığı dövrdən Apelyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildiririk ki, daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!