“Pandemiya bitdimi? Xeyr, qəti surətdə yox“

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiya bitdimi? Xeyr, qəti surətdə yox“

Dünya

23 May 2022 08:28 661


Bir çox ölkədə koronavirusa qarşı məhdudiyyətlərin aradan qaldırılması pandemiyanın bitdiyi demək deyil.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus bildirib.

"Pandemiya bitdimi? Xeyr, qəti surətdə yox. Başa düşürəm ki, bu sizin eşitmək istədiyiniz mesaj deyil və bu, mənim çatdırmaq istədiyim mesaj deyil", - deyə 75-ci Ümumdünya Səhiyyə Assambleyasının açılışında çıxış edən T.Qebreyesus bildirib. pizza sifarişi

O qeyd edib ki, dünyada koronavirusa yoluxma və ölüm hallarının azalması, eləcə də bir çox ölkələrdə məhdudiyyətlərin götürülməsi böyük irəliləyişdir, lakin "problem hər yerdə həll olunmayana qədər heç yerdə həll olunmur". ÜST rəhbərinin sözlərinə görə, dünyanın müxtəlif regionlarında 70-ə yaxın ölkədə koronavirusa yoluxma halları artmaqda davam edir, baxmayaraq ki, bütün dünyada koronavirusla bağlı verilən testlərin sayı azalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!