Pandemiya dövründə Azərbaycanda neçə dəfə zəlzələ olub?

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya dövründə Azərbaycanda neçə dəfə zəlzələ olub?

Hadisə

21 May 2020 14:11 914


“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində xüsusi karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu” və ölkə ərazisindəki seysmik stansiyalarımızda məhdud sayda əməkdaşlar cəlb olunmaqla fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir".

Yenisabah.az bildirir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli deyib.

Baş direktorun sözlərinə görə, hazırda mərkəzin 40 seysmik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, vulkanlar, sürüşmələr, partlayışlar emal edilir: Dördpendirli pizza

“Pandemiya dövründə seysmik stansiyalar vasitəsi ilə 1751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib. Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 4-ü hiss olunub. Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyyə sərhəddində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!