Pandemiya turizm sektorunu “vurdu“: Ölkəyə gələnlərin sayı 4 dəfə azalıb

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya turizm sektorunu “vurdu“: Ölkəyə gələnlərin sayı 4 dəfə azalıb

Turizm

23 Aprel 2021 10:39 1073


“Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycan 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu, əsasən, qeyri-turizm məqsədilə ölkəmizə gəliblər.                                          

Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan 8,9 dəfə, Qazaxıstandan 7,7 dəfə, Özbəkistandan 5,2 dəfə, Rusiya Federasiyasından 4,1 dəfə, Ukraynadan 3,7 dəfə, Böyük Britaniyadan 3,6 dəfə, Belarusdan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,6 dəfə azalıb”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis deputatı, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi: pizza mizza

“Bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var. Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz.  Halbuki test nəticələri neqativ olan əcnəblilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır.

Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!