Papa Fransiskdən sərt açıqlama: Onlar muzdlu qatildir!

saytların hazırlanması

Evə çatdırılma

Papa Fransiskdən sərt açıqlama: Onlar muzdlu qatildir!

Din

01 Oktyabr 2024 15:40 10871


Katolik Kilsəsinin lideri Papa Fransiskin abortu “qətl”, abort etdirən həkimləri isə “muzdlu qatil” adlandırmasına hüquq müdafiəçilərindən tutmuş tibb dünyasına qədər geniş kütlədən reaksiya gəlib.

Yenisabah.az xəbər verir ki, Papa kilsədə uşaqlara qarşı belə sərt ifadələr işlətmədiyi üçün tənqid edilib.

Lüksemburq-Belçika səfərindən sonra Vatikana qayıdan Fransisk jurnalistlərin suallarını cavablandırıb. O bildirib: “Unutmayaq, abort qətldir. Bunu edən həkimlər də muzdlu qatillərdir. Bu, müzakirə olunacaq bir şey deyil". Sezar pizza

Roma Papası Brüsselə səfəri zamanı keçmiş Belçika kralı Boduinin məzarını ziyarət edib və keçmiş kralı aborta qarşı mövqeyinə görə tərifləyib. Boduin abortu qanuniləşdirən qanunu imzalamamaq üçün 1990-cı ildə birgünlük taxtdan imtina edib. Buna görə Vatikanda kralın kanonizasiya prosesinə başlanacaq.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!