Mayın 24-də Ermənistanın müdafiə naziri Suren Papikyanın sədrliyi ilə KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının videokonfrans vasitəsilə növbəti iclası keçirilib.
Yenisabah.az "Armenpress"ə isitnadla xəbər verir ki, nazirlər kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizlik çağırışları və təhdidləri, habelə KTMT-nin Qazaxıstanda sülhməramlı missiyası nəticəsində formalaşmış təkliflərin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
İclas iştirakçıları birgə təlimin planlaşdırılması, əsas tədris-metodiki-tədqiqat təşkilatları sisteminin inkişafı və təkmilləşdirilməsi, radiasiya, kimyəvi-bioloji təhlükəsizlik, kollektiv qüvvələrin vasitələrində tibbi təminatın formalaşdırılması üzrə bir sıra digər məsələlərini təsdiq ediblər. pizza mizza
Telegram kanalımız