Papikyanın müşavirinin oğlu həbs edildi: Görün nədə ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Papikyanın müşavirinin oğlu həbs edildi: Görün nədə ittiham olunur

Hadisə

21 Avqust 2025 10:42 531


Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu 24 yaşlı gəncin kriminal avtoritet Rüstəm Stepanyanın evinin yaxınlığında qətlə yetirilməsi ilə bağlı həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Avqustun 15-də güllə yarası alan 24 yaşlı Mamikon D. xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. pizza sifarişi

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları üç şübhəli şəxsi müəyyən ediblər, məhkəmə artıq onları həbs edib. Onlardan biri də Artaşes Tonoyandır. Məlumata görə, o, Müdafiə Nazirliyi rəhbərinin müşavirinin oğludur.

Qeyd olunur ki, 24 yaşlı Mamikon D. kriminal dairələrlə əlaqəsi olmayıb. Onun hadisə yerində olması və yaralanmasının səbəbləri hələlik məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!