Papuaşvili: Bakı və İrəvan arasında tezliklə sülh sazişi imzalanması tərəfdarıyıq

saytların hazırlanması

Evə çatdırılma

Papuaşvili: Bakı və İrəvan arasında tezliklə sülh sazişi imzalanması tərəfdarıyıq

Siyasət

11 Dekabr 2023 17:23 442


Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib.

S. Qafarova diqqətə çatdırıb ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına da heç bir maneə yoxdur: “Azərbaycan sülhə hazırdır və inanırıq ki, tezliklə sülh müqaviləsi imzalanacaq”. Dördpendirli pizza

Şalva Papuaşvili səfər çərçivəsində bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, Gürcüstanla Azərbaycan arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətini vurğulayıb.

Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkilərini tarixi seçkilər adlandırıb, bu seçkilərin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O, bildirib ki, Gürcüstan tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.

Şalva Papuaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, komitələr arasındakı işbirliyinin daha da artırılması, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyi barədə danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!