Paralimpiyaçılarımız bürünc medal qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Paralimpiyaçılarımız bürünc medal qazanıblar

İdman

01 Aprel 2019 18:38 949


Xorvatiyanın Zaqreb şəhərində keçirilən, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının da iştirak etdiyi Açıq Regional Çempionat başa çatıb.  

“Yeni Sabah” xəbər verir ki, 18 ölkənin boccia üzrə komandalarının iştirak etdiyi çempionatda boccia üzrə milli yığmamız qrup mərhələsində ilk oyunda Macarıstan yığmasına məğlub olsa da, Xorvatiya yığması ilə qarşılaşdığı növbəti oyunu qələbə ilə başa vurub. Yığmamız Türkiyə yığması ilə qarşılaşmada da uğur qazanaraq yarımfinala qədər yüksəlib. 

Yarımfinalda komandamız Slovakiya yığmasına məğlub olmasına baxmayaraq, Yunanıstanın komandası ilə oyunda qələbə qazanıb. Beləliklə, Azərbaycan bocciaçıları Açıq Regional Çempionatda üçüncü yeri qazanaraq,  bürünc medala sahib olublar.  pizza hut

Yarışda birinci və ikinci yerləri müvafiq olaraq Slovakiya və Xorvatiya komandaları tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!