Parisdə Eyfel qülləsinin qarşısında mitinq başladı

saytların hazırlanması

Evə çatdırılma

Parisdə Eyfel qülləsinin qarşısında mitinq başladı

Dünya

21 Yanvar 2024 21:48 545


Bir neçə min insan Fransada immiqrasiya qaydalarını sərtləşdirən yeni qanunla razılaşmadığını bildirmək üçün Paris küçələrinə çıxıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, aksiya 2023-cü ilin sonunda qəbul edilmiş qanunun respublikanın mövcud konstitusiyasına uyğunluğunu yoxlamalı olan Fransanın ali konstitusiyaya nəzarət orqanı olan Konstitusiya Şurasının qərarının elan edilməsindən dörd gün əvvəl keçirilməyə başlayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanenin hazırladığı normative akta qarşı keçirilən mitinqdə həmkarlar ittifaqı və tələbə təşkilatlarının, eləcə də siyasi partiyaların nümayəndələri qatılıblar. Xüsusilə, Fransa Kommunist Partiyası, “İtaətsiz Fransa” Partiyası və solçu “İşçi mübarizəsi” hərəkatının üzvləri mitinqdə iştirak edirlər. pizza mizza

Eyfel qülləsinə baxan Trokadero meydanına toplaşan etirazçılar “Darmanin qanununu ləğv edin” və “Fransız və ya miqrant – hamımız fəhlə sinfiyik” şüarları səsləndirirlər.

Mitinqin keçirildiyi ərazidə gücləndirilmiş polis qüvvələri var, lakin onlar etirazçılara müdaxilə etmirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!