Parisdə Olimpiya Oyunlarına ciddi hazırlıq başladı

saytların hazırlanması

Evə çatdırılma

Parisdə Olimpiya Oyunlarına ciddi hazırlıq başladı

Dünya

17 Yanvar 2024 22:03 456


“Fransa 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyi üçün hərbi kontingentini 20 min nəfərə çatdıracaq”.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bu barədə Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi Pyer Şill məlumat verib.

“Olimpiya Oyunları ölkəmiz üçün son dərəcə mühüm hadisə olacaq. Silahlı qüvvələr bu kritik anda orada olacaq və biz silahlı qüvvələrdən və quru qoşunlarından təxminən 20.000 kişi və qadını təyin olunan ərazilərə yerləşdirəcəyik”. pizza hut

Şill izah edib ki, hərbçilər olimpiya məşəli daşıyan estafet iştirakçılarını bütün ölkə boyu müşayiət edəcəklər. Onun sözlərinə görə, müsabiqə zamanı onlar ölkə daxilində polis, jandarma və digər xidmətlərə dəstək verəcəklər.

Fransalı rəsmi onu da əlavə edib ki, hərbçilərin qoruyacağı ən mühüm məntəqələrdən biri Sena çayının çay limanı olacaq.

Xatırladaq ki, Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Dekabrda BOK müəyyən idman növlərinin nümayəndələri istisna olmaqla, Rusiya və Belarus idmançılarının oyunlara bitərəf kimi qəbul edildiyini elan edib. Onlara öz ölkələri ilə hər hansı əlaqə nümayiş etdirmək qadağan ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!