Parklanmaya görə ödənişi  bu qurumlar yığacaq

saytların hazırlanması

Evə çatdırılma

Parklanmaya görə ödənişi  bu qurumlar yığacaq

Siyasət

29 İyul 2023 13:40 17980


Azərbaycanda dövlət parklanma yerlərindən daxil olan vəsaitləri toplayan qurumlar müəyyən edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda göstərilib.

Qaydaya görə, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Daxili İşlər Nazirliyinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır. Pepperoni pizza

Həmin qaydanın digər bəndində isə göstərilir ki, Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bank hesabına yığılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!