Parklarda kampinqlər yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Parklarda kampinqlər yaradılacaq

Turizm

25 May 2021 17:13 65729


“Bu gün üçün milli parklarda gecələmə yəqin ki, kampinq şəklində mövcuddur. Lakin insanlar bundan az istifadə edirlər. Hazırda müəyyən milli parklarda və bəzi təbiət zonalarında kampinqlərin təşkil edilməsi üzərində iş gedir”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova “Ekspert saatı”nda deyib.

O bildirib ki, buna yerli və xarici turistlər tərəfindən maraq var: “Tura daxil olan karidorlar çərçivəsində kampinq təşkil edilə bilər. Hazırda yerli turizm daha çox təbliğ olunur. Kampinq qurmaq üçün ərazidə lazımi şərait yaradılmalıdır”. Marqarita pizza

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova isə qeyd edib ki, milli parklarda kampinq yerlərinin seçilməsi istiqamətində Dövlət Turizm Agentliyi ilə müzakirələrə başlanılıb: “Bu gün cavan nəsil 5 ulduzlu hotellərdə dincəlmək əvəzinə kampinqlərə üstünlük verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!