Parlamentdə qaz limiti ilə bağlı tələb

saytların hazırlanması

Evə çatdırılma

Parlamentdə qaz limiti ilə bağlı tələb

Sosial

23 Aprel 2019 18:01 1212


Bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağlı məsələyə yenidən toxunulub.

"Yeni Sabah" xəbər verir ki, deputat Fazil Mustafa  əhalinin müxtəlif təbəqələrindən aldığı şikayətlərə reaksiya verərək əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğulayıb:

“Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir”. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!