“Partiya sədrləri var ki, ailə üzvləri başqa partiyanın üzvləridir”

saytların hazırlanması

Evə çatdırılma

“Partiya sədrləri var ki, ailə üzvləri başqa partiyanın üzvləridir”

Siyasət

08 Sentyabr 2022 12:23 1108


“Milli Məclisdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi çox vacib, eyni zamanda gecikmiş məsələdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin keçmiş deputatı Musa Musayev deyib.

O, bildirib ki, layihəyə əsəsən dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvünün olması tələbi mühümdür:

“Çox əla, şəxsən mən bunu dəstəkləyirəm. Bu gün "fəaliyyətdə" olan və keçid dövründə qeydiyyatdan keçən çoxlu sayda partiyalar var ki, ştampı, möhürü, blankı və sədri var. Hətta ailə üzvlərinin əksəriyyəti başqa partiyalarda qeydiyyatdadır. Bu tip "partiyalar" kimə gərəkdir?

Eyni zamanda mən bir təklif irəli sürmək istərdim: Qeydiyyatdan keçmiş partiyalar yenidən təftiş olunsun, real vəziyyəti öyrənilsin və təkrar qeydiyyatdan keçsinlər. Qeydiyyatdan keçən hər bir partiya, üzvlüyə qəbul etdiyi şəxsə partiyanın "vəsiqəsini " versinlər.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün fəaliyyətdə olan partiyaların əksəriyyəti üzvlərini vəsiqə ilə təmin etməyib . Bu çox qeyri-qənaətbəxş haldır. İstənilən partiyanın üzvü öz cibində üzv olduğu partiyanın vəsiqəsini daşımalıdır.

Bu bir aksiomdur və isbata ehtiyac yoxdur. Partiyalar azad və demokratik şəraitdə, şəffaf fəaliyyət göstərməlidir. Bu qanun layihəsi mütləq müzakirəyə çıxarılmalıdır.

Şəxsən mən YAP-ın yaradıcılarından biri kimi bu qanunu hazırlayan işçi qrupuna öz dərin təşəkkürümü bildirirəm və onlara bu həlli vacib məsələdə uğurlar arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!