“Partiyalar meşəbəyilik etsinlər, bəlkə, səhv deyirəm?!”

saytların hazırlanması

Evə çatdırılma

“Partiyalar meşəbəyilik etsinlər, bəlkə, səhv deyirəm?!”

Siyasət

05 Noyabr 2022 10:09 1022


“Min, 3 min, yaxud 5 min nəfərlik partiya hakimiyyətə necə gələ bilər?!”

Bu sözləri Yenisabah.az-a açıqlamasında Novella Cəfəroğlu deyib.

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini dinləmələrinə qatılmış hüquq müdafiəçisi partiyaların sayca azlığı tərəfdarıdır:  pizza sifarişi

“Məncə, partiyalar bütün sahələrdə – meşələrin qorunmasında, konsertlərin təşkilində, parlament dinləmələrində iştirak etməlidirlər. Əgər hamı hakimiyyətə gəlmək istəyirsə, onda xırda partiyalar birləşsin. 

Bilirsiniz, bunların heç biri liderlik postunu buraxa bilmir. Amma təklif edərdim ki, aralarında ən güclünü seçsinlər, onu qoysunlar partiya lideri və hakimiyyətə gəlmək üçün çapalasınlar”.

N. Cəfəroğlu əlavə edib:

“Bunun seçkiləri var və seçkiləri getmək üçün sənin ehtiyatda ən azı 10-20 min nəfər olmalıdır ki, bütün bələdiyyələri əhatə edəsən. Parlament seçkiləri də, həmçinin. Ona görə də qoy birləşsinlər. Məsələn, ABŞ-da 38 partiya var, onların haqqında nəsə eşitmisiniz? Yox! 2 partiya tanınır: Demokratlar və Respublikaçılar. Qurun bir dənə güclü partiya və meydana çıxın! Mən nə pis söz demişəm?!”

Müsahibimiz bildirib ki, bu günləri siyasilər çox şey vəd edə bilər:

“Amma məktəblər nə cürdür, universitetlər necədir, təhsil hansı formadadır və s. barədə konsepsiya hazırlaya bilmirlər. Bəlkə, səhv deyirəm?!”

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!