Partlayış səsləri gələcək -   Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Partlayış səsləri gələcək - Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ

Hadisə

02 Mart 2026 15:37 314


Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məhvetmə prosesi martın 2-6-da təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində  həyata keçiriləcək. pizza

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - nazirlikdən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!