Partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı

Hadisə

19 Aprel 2026 18:45 784


Lənkəranda baş verən bədbəxt hadisə nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Hadisə nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. pizza mizza

Bədənin çoxsaylı yanığı, üzün və hər iki qolun ll dərəcəli termiki yanığı diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda yaralının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!