Partlayışda yaralanan hərbiçimiz vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Partlayışda yaralanan hərbiçimiz vəfat etdi

Xalqın səsi

14 İyul 2019 16:41 3133


İyulun 6-da Ağstafa rayonunda yerləşən hərbi hissələrdən birində baş vermiş partlayış zamanı yaralanan hərbiçilərimizdən biri vəfat edib. 

“Yeni Sabah” xəbər verir ki, tank mərmisin partlaması zamanı ağır xəsarət alan Nurlan Rəhim oğlu Məmmədov xəstəxanada dünyasını dəyişib. Tankçı gizir 8 gün Bakıdakı hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hərbiçinin ölümü ilə Müdafiə Nazirliyi rəsmi açıqlama yaymayıb.  pizza mizza

Partlayışla bağlı ilkin məlumatı Müdafiə Nazirliyi yaymışdı. Məlumata görə, hərbi hissələrdən birində partlayış nəticəsində iki hərbi qulluqçu - gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub, gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanmışdı. 

Criminal.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!