Partlayışlarda 160 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Partlayışlarda 160 nəfər həlak oldu

Dünya

21 Aprel 2019 16:51 856


Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 160 nəfər ölüb, 400-dək insan yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, ilk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki "Müqəddəs Antoni" kilsəsində Pasxa bayramı ilə əlaqədar insanların çox olduğu vaxt baş verib. İkinci partlayış Neqombo şəhərindəki "Müqəddəs Sebastian" kilsəsində, üçüncü isə Battikaloa şəhərindəki kilsədə törədilib. Bundan başqa, beşulduzlu 3 hoteldə də partlayış olub.

Hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Marqarita pizza

Polis dövlət qurumlarına və əhaliyə mümkün yeni partlayışlarla əlaqədar xəbərdarlıq edib. Orta məktəblərdə dərslər iki günlük təxirə salınıb. Əhalinin sıx olduğu yerlərdə, o cümlədən hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!