“Paşa Bank” beynəlxalq konsultantları cəlb edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Paşa Bank” beynəlxalq konsultantları cəlb edəcək

İqtisadiyyat

28 Yanvar 2026 11:11 455


"PaşaBank IPO prosesi çərçivəsində beynəlxalq konsultantların cəlb edilməsi nəzərdə tutulub". 

"Yeni Sabah" xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə heyətinin  sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib. C.Quliyev qeyd edib ki, aparılan analizlər zamanı qiymət kampaniyaları, rəqəmsal satış kanallarının üstünlükləri, investor davranışları və qiymətləndirmə mexanizmləri ətraflı şəkildə araşdırılıb:

"Hazırlıqlar 5–6 il ərzində mərhələli şəkildə aparılıb. Bumüddət ərzində yalnız daxili müzakirələrlə kifayətlənilməyib, həmçinin yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə bazar təhlilləri həyata keçirilib. Son dövrlərdə aparılan analizlər zamanı qiymət kampaniyaları, rəqəmsal satış kanallarının üstünlükləri, investor davranışları və qiymətləndirmə mexanizmləri ətraflı şəkildə araşdırılıb. Eyni zamanda mövcud qanunvericilik çərçivəsi, tənzimləyici tələblər və qabaqlayıcı risk amilləri qiymətləndirilib". pizza mizza

Sədr diqqətə çatdırıb ki, IPO ilə bağlı qərarların verilməsində əsas fokus yalnız yerli tənzimləyici yanaşmalar deyil, həm də regional və qlobal bazar perspektivləri, xüsusilə qiymət və investorlar cəlb olunacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!