Paşa ləqəbli döyüşçü evinə qayıtdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Paşa ləqəbli döyüşçü evinə qayıtdı - Video

Hadisə

05 Yanvar 2021 13:38 1659


Düşməni heybətli cüssəsi ilə vahiməyə salan Paşa ləqəbli qəhrəman Allahşükür Qasımov bu gün qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb.

Yenisabah.az xəbər verir ki, igid hərbçinin sağ-salamat qayıtması rayon sakinlərinin sevincinə səbəb olub. Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb.

Müzəffər əsgərin atası Simran Qasımov oğlunun üzünü ağ eləməsi ilə fəxr duyduğunu bildirib: "Düşməinin qarşısında igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi". Pepperoni pizza

İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi yaşayır - həm Qarabağın azad olunmasına sevinən valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar. (Report)

Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!