Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfridi qəbul edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Baş nazir Ermənistan-Amerika əlaqələrinin davamlı inkişafını və genişlənməsini qeyd edərək, xanım Dondridin səfərinin ikitərəfli məsələlərin müzakirəsi üçün daha bir fürsət olduğunu qeyd edib.
Həmsöhbətlər Cənubi Qafqaz regionunda baş verən proseslərə, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Ermənistanla Azərbaycan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının fəaliyyətinə də toxunublar. pizza hut
Baş nazir Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həlli prosesinə imkan yaratmaq üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın əsas rolunu vurğulayıb.
Telegram kanalımız