“Paşinyan açıq şəkildə deyir ki, Qarabağ Azərbaycanın bir hissəsidir”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan açıq şəkildə deyir ki, Qarabağ Azərbaycanın bir hissəsidir”

Siyasət

22 İyul 2023 14:00 949


“Bakı ilə Stepanakertin dialoq aparacağı tezisi sadəcə formallıqdır. Baş nazir bununla insanları aldadır”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yayımladığı videoda deyib.

“Paşinyan açıq şəkildə deyir və qəbul edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir və bu, belə də qalacaq. Ermənistanın isə bunun müqabilində heç bir tələbi yoxdur. Paşinyanın siyasəti axırda ona gətirib çıxaracaq ki, sənəd imzalansa, 120 min əhalisi (?) olan “Artsax” sonda tamamilə dağılacaq”. Pepperoni pizza

Xatırladaq ki, eks-nazir dəfələrlə Paşinyan iqtidarını sərt tənqid edən fikirlərlə gündəmə gəlmiş və onu Qarabağı “satmaq”da ittiham edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!