Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.
N. Paşinyan Aİ-nin Ermənistanda həyata keçirilən institusional islahatların əsas tərəfdaşı olduğunu vurğulayıb və bu istiqamətdə göstərilən köməyə görə təşəkkür edib. pizza hut
Tərəflər Avropa İttifaqının Şərq Tərəfdaşlığının iqtisadi və investisiya planı çərçivəsində Ermənistanda həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparıblar.
Telegram kanalımız