Paşinyan Azərbaycan tərəfdə 100 erməninin cəsədi haqda sualdan yayındı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Azərbaycan tərəfdə 100 erməninin cəsədi haqda sualdan yayındı

Siyasət

16 Sentyabr 2022 08:59 1118


Ermənistan hakimiyyəti Bakının 12-13 sentyabr döyüşləri zamanı həlak olan 100-ə yaxın erməni əsgərin cəsədini təhvil verməyə hazır olması barədə bəyanatını şərh etmir.

Baş nazir Nikol Paşinyan parlamentdə deputatlardan birinin “Azərbaycan tərəfdə 100 erməni hərbçinin cəsədinin olması doğrudurmu?” sualına dəqiq cavab verməyib.

“Bu günə qədər həlak olanların sayını dərc etmişəm. Təbliğat tezislərini qaldırmamağı və müzakirə etməməyi təklif edirəm”, - o deyib. pizza

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyəti cəsədlərin təhvil verilməsi barədə təklif aldığını təsdiqləyib. Lakin həlak olanların cəsədlərinin Ermənistana nə vaxt və harada veriləcəyi məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!