Paşinyan təşviş içindədir: “Ermənistanın suverenliyi təhdid altındadır“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan təşviş içindədir: “Ermənistanın suverenliyi təhdid altındadır“

Siyasət

27 May 2021 12:00 1007


Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini və beynəlxalq hüququ pozduğunu bildirib.

Yenisabah.az “Armpress”ə istinadla xəbər verir ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi 6 hərbçisinin əsir götürüldüyün təsdiqləyib.

Nikol Paşinyanın sözlərinə görə, sərhəddə baş verən hadisələr Azərbaycanın təqdim etməyə çalışdığı kimi sıradan bir təzahür deyil. “Bu, birbaşa Ermənistanın ərazi bütövlüyü və suverenliyini təhdid etmədir”. pizza mizza

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!