Paşinyan Azərbaycanla bağlı Rusiyaya çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Azərbaycanla bağlı Rusiyaya çağırış etdi

Siyasət

25 Dekabr 2025 18:33 2932


“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub”.

"Yeni Sabah" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarını bərpa etsin. Onun Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmir yollarını Rusiya Dəmiryolları İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistanın dəmir yollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Dominos pizza

Rusiya hökuməti dəmir yollarının bərpasına razılaşsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan xətləri bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab versə və ya məsələnin həllini uzatsa, Paşinyanın Ermənistan dəmir yollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq”, - ekspert bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!