Paşinyan: Azərbaycanla dil tapmalıyıq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Azərbaycanla dil tapmalıyıq

Siyasət

13 Aprel 2023 08:37 840


Əgər Ermənistan indiki təhlükəsizlik şəraitində böyük iqtisadi artım əldə edirsə, o zaman biz təhlükəsizlik məsələlərini həll edəndə ölkəmiz hansı sürətlə inkişaf edəcək, təsəvvür edə bilərsinizmi?

Axar.az xəbər verir ki, bu sözləri Nikol Paşinyan Ermənistan parlamentindəki çıxışı zamanı deyib.

Paşinyan iddia edib ki, Ermənistan sürətlə inkişaf edir və “təhlükəsizlik mühitindəki hərəkətlər” (11 apreldə Laçın istiqamətində erməni təxribatı nəzərdə tutulur - red.) həm də ölkənin inkişaf dinamikasını “pozmağa yönəlib”. Pepperoni pizza

O bildirib ki, buna baxmayaraq, ölkənin inkişafına diqqət yetirməliyik:

“Çünki bu gündəm olmadan biz öz təhlükəsizlik problemlərimizi həll edə bilməyəcəyik. Dünən bir hadisə oldu, qurbanlarımız oldu. Bizim strateji vəzifəmiz birgəyaşayış formulunu tapmaqdır, başqa variant yoxdur. Heç bir hadisə bizim strateji missiyamızı dəyişdirmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!