Paşinyan Baydenin bəyannaməsini dəstəkləmədi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Baydenin bəyannaməsini dəstəkləmədi

Siyasət

30 Mart 2023 00:33 890


Ermənistan “Demokratiya Sammiti”nin yekun bəyannaməsini dəstəkləməkdən imtina edib.

Yenisabah.az xəbər verir ki, Ermənistanla yanaşı Hindistan və Meksika da sənədə imza atmayıb.

Yekun bəyannamədə Ukraynada müharibənin humanitar nəticələri pislənilir. Dövlət Departamenti tərəfindən yayılan bəyannamənin mətninə əsasən, sənəddə Rusiya Federasiyasından “qüvvələrini Ukrayna ərazisindən çıxarmağı” tələb edilir. pizza mizza

Ermənistan, Hindistan və Meksika bu bəndə dəstək verməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin rəhbərliyi ilə demokratiya sammiti keçirilib. Sammitdə Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!