Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.
İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan şəxs Azərbaycan bayrağını yandırıb. Təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb. pizza mizza
Telegram kanalımız