Paşinyan Blinkenlə Qarabağ haqda danışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Blinkenlə Qarabağ haqda danışdı

Siyasət

26 İyul 2022 09:53 795


Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Baş nazir Aparatından verilən məlumata görə, həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli gündəliyi, eləcə də regionun təhlükəsizliyi və sabitliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Xüsusilə Ermənistan-Azərbaycan sülh danışıqları, Dağlıq Qarabağ probleminin həlli, regional kommunikasiyaların açılması, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə obyektinə çevrilib. pizza

Dövlət katibi Blinken ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın qeyd olunan bütün məsələlərin həllinə dəstək verməyə hazır olduğunu bildirib.

Baş nazir Paşinyan sülh gündəminə sadiqliyini bir daha təsdiqləyib və Ermənistan ictimaiyyətinin bu kursu dəstəklədiyini vurğulayıb.

Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərində baş verən prosesləri də müzakirə ediblər. Dövlət katibi iyulun 11-də Ermənistanın Baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışığını alqışlayıb və ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib.

Ermənistan Baş naziri və ABŞ dövlət katibi Ermənistan və ABŞ arasında yüksək səviyyəli təmaslardan məmnun olduqlarını bildiriblər və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!