Paşinyan Brüssel danışıqları barədə Blinkeni məlumatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Brüssel danışıqları barədə Blinkeni məlumatlandırdı

Siyasət

24 May 2022 17:46 830


Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. 

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Baş nazir və dövlət katibi regionda kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələlərini, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər. Pepperoni pizza

N.Paşinyan mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi üçtərəfli görüş barədə təəssüratlarını bölüşüb, danışıqların ümumilikdə müsbət keçdiyini vurğulayıb.

Həmçinin tərəflər Ermənistanda demokratik islahatlar ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!