Paşinyan Brüsselə getdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Brüsselə getdi

Siyasət

14 İyul 2023 20:51 937


Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 15-də Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli formatda görüşmək üçün Brüsselə gedib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

“Bu axşam baş nazir Nikol Paşinyan Brüsselə işgüzar səfərə yola düşüb. İyulun 15-də o, Aİ Prezidenti Şarl Mişel ilə görüşəcək. Bundan sonra Ermənistanın baş naziri, Aİ prezidenti və Azərbaycan Prezidentinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır”, - məlumatda deyilir. pizza mizza

Qeyd edək ki, hazırda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!