Paşinyan cığallıq edir: Azərbaycan Ermənistanla danışmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan cığallıq edir: Azərbaycan Ermənistanla danışmalıdır

Siyasət

20 Oktyabr 2022 14:53 1656


Ermənistan Azərbaycanla razılığa gəldiyi təqdirdə yeni yolların tikintisinə hazırdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Twitter-də yazıb:

“9 noyabr bəyanatına görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yol tikmək üçün birtərəfli qaydada götürdüyü öhdəlik varmı? YOX! Bu, Ermənistan və Azərbaycan arasında razılaşma nəticəsində baş verə bilərmi? BƏLİ! Ermənistan bunu öz qanunvericiliyi əsasında etməyə hazırdır. Buna görə Azərbaycanın müsbət cavabı lazımdır”. Dominos pizza

Paşinyan bundan əvvəl yazdığı üç başqa tvitdə vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında Ermənistan ərazisindən keçən hər hansı dəhliz nəzərdə tutulmayıb:

“Kimsə 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında Ermənistan ərazisindən keçən “dəhliz” barədə nəsə tapa bilərmi? Bəli, bu Dağlıq Qarabağa gedən Laçın dəhlizidir. Orda yalnız bundan söhbət gedir. Heç kim Ermənistanı öhdəliklərindən yayınmaqda ittiham edə bilməz”.

Ermənistan baş naziri daha sonra yazıb:

“Təkrar edirəm, götürülmüş öhdəlikləri icra etmək və regionun kompleks blokdan çıxarılması nəticəsində yaranan imkanlar üzərində işləmək üçün üç buraxılış məntəqəsi açmağa hazırıq”.

Azatutyun xatıladır ki, bir neçə gün bundan əvvəl Bakı Yerevanın sərhəd buraxılış məntəqələri açmaq təklifini “qeyri-real” adlandırmışdı.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə demişdi ki, Bakı Yerevandan “Laçın dəhlizi”nin nümunəsində “Zəngəzur dəhlizi”nin açılmasını tələb edir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da bildirmişdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!