“Paşinyan da oyuncaq kimi düşüb ortalığa...” - Analitik 

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan da oyuncaq kimi düşüb ortalığa...” - Analitik 

Siyasət

25 Noyabr 2022 15:35 1108


“Yadınızdadırsa, mən bir neçə dəfə demişəm ki, ermənilər, əslində, vəziyyəti gərginləşdirməklə yeni oyunçuları bölgəyə dəvət etmək istəyirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

Analitik son günlər Ermənistan Müdafiə Nazirliyi tərəfindən intensiv olaraq guya Azərbaycanın atəşkəsi pozması ilə bağlı yayılan məlumatların pərdəarxası məqamlarına toxunub: Dominos pizza

“Eyni zamanda xoşagəlməz hal odur ki, artıq hiss olunur ki, Rusiya sülhməramlıları da ikibaşlı oyun oynayırlar. Əslində, bu, ikibaşlı da deyil, çünki onlar son zamanlar birmənalı şəkildə ermənipərəst mövqedən çıxış edirlər. Belə görünür ki, xarici qüvvələr bölgədə yenə nələrsə planlaşdırırlar”.

“Baxın, biz artıq bunu açıq deməliyik, amma nədənsə gizlədirik: Azərbaycan dünyada yeganə müsəlman dövləti oldu ki, öz ərazi bütövlüyünü güclə bərpa etdi. Bu da çox böyük bir qıcıq yaradır və buna görə də Azərbaycanı hər tərəfdən sıxmağa çalışırlar. Təsadüfi deyil ki, son zamanlar dövlət başçısı da dəfələrlə İslam Liqasında, habelə Türk Dövlətləri Birliyində, Qoşulmama Hərəkatı və digər yerlərdə bu məsələni qaldırır ki, ikili standartlar aradan götürülsün və obyektiv yanaşmaq nümayiş etdirilsin”, – əlavə edib.

N. Şəfiyevə görə, bu gün ermənilər hər bir vəchlə vəziyyəti gərginləşdirmək və havadarlarından istifadə etməklə Azərbaycanı sıxışdırmağa çalışırlar:

“Bunun hərbi, siyasi və diplomatik yolları da olacaq ki, biz bunlara hazır olmalıyıq. Onsuz da Azərbaycan bunlara hazırdır, amma bu, problemdir və ona görə də Prezident öz çıxışında deyir ki, Azərbaycan ordusu və cəmiyyəti bütün bunlara cavab verməyə hazırdır və ermənilər də peşman olacaq”.

“Lakin, əgər bu peşmançılıq 5, 10, 20, 100, 120 Azərbaycan oğullarının canı hesabına başa gələcəksə, biz bunu istəmirik və deyirik ki, ancaq danışıqlar yoluyla həll olunsun. Amma təəssüflər olsun ki, maşalar aləmi qarışdırır. Paşinyan da oyuncaq kimi düşüb ortalığa. Ta o vaxta kimi Qarabağ ərazisində silahlı birləşmələr olacaq, bunu yığışdırmaq mümkün olmayacaq. Onları da silahlandıran kimdir, artıq Müdafiə Nazirliyinin bəyanatında açıq-aşkar bilinir”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!