“Paşinyan da təsdiqləyib ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olacaq” - Mamicanyan

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan da təsdiqləyib ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olacaq” - Mamicanyan

Siyasət

02 Mart 2023 14:30 906


“Yüksək rütbəli Avropa rəsmiləri də təsdiqləyir ki, Nikol Paşinyan “Artsax”ın (Qarabağ) Azərbaycanın tərkib hissəsi məntiqində danışıqlar aparır”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin “Patev unem” fraksiyasının lideri Hayk Mamicanyan deyib. 

“Qarabağın statusu, öz müqəddəratını təyinetmə hüququ və digər mühüm təhlükəsizlik məsələləri ilə bağlı çıxışımdan sonra yüksək rütbəli bir avropalı məmur birbaşa mənə dedi ki, onlar bizim mövqeyimizdən xəbərdardırlar, lakin bu mövqelər aktual deyil, çünki Nikol Paşinyan uzun müddətdir ki, “Artsax”ın “status”u ilə bağlı danışıqlar aparmır və məntiq tamamilə “Artsax”ın Azərbaycanın bir hissəsi kimi gələcəyinə əsaslanır”, – deyə Mamicanyan bildirib.  pizza hut

Onun sözlərinə görə, həm “Respublikaçılar” partiyasının üzvü Armen Aşotyanın təqdim etdiyi, indiki danışıqlar məntiqi olan sənəd, həm də hakimiyyətin bu bəyanatı təkzib etmək cəhdləri mənasızdır, çünki sübutlar da var. Mamicanyanla avropalı rəsmi arasında söhbət zamanı digər deputatlar da olub. 

Bu kontekstdə müxalifətçi deputat vurğulayıb ki, o, heç vaxt hökumət deputatlarının ağzından Qarabağın “öz müqəddəratını təyin etmək hüququ” ifadəsini eşitməyib: 

“Bütün digər ifadələr Ermənistan Respublikası tərəfindən “Artsax” və onun “xalqı”nı aldatmağa yönəlmiş bir addımdır”. 

Qeyd edək ki, A. Aşotyan ötən həftələrdə “Facebook” səhifəsində Ermənistan-Azərbaycan danışıqlarından bəhs edən sənədin bir nüsxəsini dərc edib. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının Ermənistan-Azərbaycan sülh sazişinin tərkib hissəsi olacağı qeyd olunub. Həmin müqavilədə Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı maddənin olacağı da deyilir. Müvafiq maddə Azərbaycan Konstitusiyasına və onun beynəlxalq öhdəliklərinə uyğun olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!