Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinə alternativ yeni yolun Ermənistan hissəsinin 12 kilometrinin 7 kilometrində sərhəd məntəqələrinin yeri dəqiqləşdirilib, daha 5 kilometrlik məsafədə bu iş davam etdirilir.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 6-da keçirdiyi hökumət müşavirəsində deyib.
Azatutyun yazır ki, martın 30-da Bakı yeni yolun istifadəyə verilməsi ilə bağlı Azərbaycan silahlı qüvvələrinin bir sıra hakim yüksəklikləri, əsas və yardımçı yolları, habelə Laçın rayonunda Cağazur və Zabux kəndləri arasındakı yolu nəzarətə götürdüyünü bildirmişdi. Marqarita pizza
Nikol Paşinyan həmin müşavirədə deyib ki, Ermənistan tərəfinin mövqelərində heç bir dəyişiklik baş verməyib, sadəcə olaraq Ermənistan-Qarabağ marşrutunda dəyişiklik olub.
Bundan sonra Ermənsitan Milli Təhklükəsizlik Xidməti bildirmişdi ki, Ermənistanla Qarabağ arasındakı Kornidzor-Tex (Laçın dəhlizinə alternativ yolun Ermənistan sektoru – red) yolu işə salınandan sonra Azərbaycan silahlı qüvvələri bu ərazidə ən azı beş nöqtədə - sərhəddən 100-300 metrlik məsafədə yerləşdirilib.
Ermənistan MTX bundan sonra daha bir məlumat yayıb. Bu məlumatda deyilirdi ki, “sərhədin dəqiqləşdirilməsi üzrə işlərin nəticəsində bu ərazidə vəziyyət yaxşılaşıb”.
Paşinyan sərhəddə yaranmış vəziyyəti belə izah edib:
“Bizim qiymətləndirməmizə görə Azərbaycan tərəfi Ermənistan ərazisində, sərhədin 100-300 metrliyində yerləşib və mühəndis işləri aparıb. Bundan sonra qərara alınıb ki, vəziyyəti hər iki tərəfdən xəritəşünaslar düzəldəcək. Sərhədçilərin dislokasiya yerlərinin dəqiqləşdirilməsi üzrə işlər aparılıb. Vəziyyət bir qədər yaxşılaşıb. Yəni ayrılıqda 12 kilometrlik məsafənin 7 kilometrində dislokasiya nöqtələri müəyyənləşdirilib, 5 kilometrlik məsafədə iş davam edir”.
Baş nazirin sözlərinə görə Ermənistan tərəfi mövqelərini dəyişməyib ki, eskalasiya baş verməsin.
O ümid etdiyini deyib ki, dislokasiya yerlərinin dəqiqləşdirilməsi “konstruktiv şəraitdə” keçəcək.
Telegram kanalımız