“Etibarlı mənbə” Qərbin və Paşinyanın Qarabağla bağlı mövqeyini təqdim edib”.
Yenisabah.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan öz Facebook səhifəsində yazıb. O bildirib ki, artıq Paşinyanın Qarabağla bağlı mövqeyi bəllidir.
Tevanyan xüsusilə qeyd edib: Dördpendirli pizza
“Nikol Paşinyan “Etibarlı mənbə” adından Azərbaycanın Ermənistan qarşısında hansı tələbləri irəli sürdüyünü və Bakını İrəvana qarşı çevirən Rusiyanın nə qədər pis olduğunu təqdim etdi (Bu minvalla görünür, Makron Rusiyanı tənqid etməyə başlamazdan əvvəl eyni “mənbədən” su içib).
Paşinyan söz verib ki, bu məsələyə Qərbin yanaşmasını öz qəzetində açıqlayacaq, lakin indiyədək bunu etməyib. Bunu Paşinyanın əvəzinə Astanada düşmən dövlətin başçısı İlham Əliyev edib. O, Qarabağ məsələsində Paşinyanın, Aİ və Fransanın mövqeyini təqdim edib.
Əgər 1994-cü ildən 2020-ci ilə qədər Azərbaycan ərazilər və qaçqınlar mövzusunda beynəlxalq görüşlərdə məsələ qaldırırdısa, indi rollar dəyişib. Ermənistan başını aşağı salmış, məğlub sifətlə peyda olur.
Beləliklə, məğlub olan Nikolun iştirakı ilə Əliyev MDB dövlət başçılarına Praqada Paşinyan, Mişel və Makronun iştirakı ilə baş verənləri danışdı.
Əliyev deyib ki, Qarabağ Azərbaycandır. O, həmçinin bildirib ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycan konstitusiyasına uyğun tənzimlənəcək və Azərbaycanın daxili məsələsini heç kimlə müzakirə etməyəcək.
Ən əsası isə Əliyev deyib ki, Praqa danışıqlarının nəticələrindən sonra onda belə təəssürat yaranıb ki, onun Qarabağ məsələsində mövqeyi başqa şərhə əsas vermir. O bildirib ki, Qarabağ məsələsi ilə bağlı Paşinyan, Makron, Mişel Əliyevlə heç bir fikir ayrılığı yoxdur. Paşinyan Astanada Əliyevin sözlərini susması ilə təsdiqlədi, çünki əks halda o, Əliyevin Praqa təəssüratlarının doğru olmadığını deyə bilərdi.
Əslində, “Etibarlı Mənbə” Əliyev vasitəsilə erməni xalqına öz nöqteyi-nəzərini və Qərbin Qarabağla bağlı mövqeyini təqdim etdi, yəni “Qarabağ Azərbaycandır, vəssalam”./Konkret.az
Telegram kanalımız