Paşinyan Əliyevlə görüşə hazırdır – Ermənistandan rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Əliyevlə görüşə hazırdır – Ermənistandan rəsmi açıqlama

Siyasət

02 Oktyabr 2021 11:35 10379


Ermənistanın baş naziri Azərbaycan prezidenti ilə görüşməyə hazırdır. 

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib. "Biz Azərbaycan prezidenti ilə yüksək səviyyədə görüşə hazır olduğumuzu bəyan etmişik. Biz buna əvvəllər də hazır idik və əgər İlham Əliyev də bu cür hazırlıq nümayiş etdirsə, ümid edirik ki, Minsk Qrupu çərçivəsində müzakirələr keçiriləcək və görüş yaxın gələcəkdə baş tuta bilər", - Təhlükəsizlik Şurasının katibi deyib.

Qriqoryanın sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayıb və ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən səfəri bunu bir daha təsdiqləyir. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri vurğulayıb ki, problemin bütün komponentləri üçün həll tapılmalıdır. pizza hut

İlham əliyev France 24-ə müsahibəsində bildirib ki, Nikol Paşinyanla görüşməyə hazırdır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!