Paşinyan Ərdoğanı təbrik etdi: İlk dəfə...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Ərdoğanı təbrik etdi: İlk dəfə...

Siyasət

11 İyul 2022 17:45 5673


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Receb Tayyip Ərdoğan arasında ilk telefon danışığı olub. Bu haqda Ermənistan liderinin mətbuat xidməti iyulun 11-də məlumat yayıb, ancaq telefon söhbətinin nə vaxt baş tutduğu açıqlanmayıb.

Rəsmi xəbərdə deyilir ki, Ermənistanın baş naziri “Prezidenti Qurban bayramı, prezident isə baş naziri qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib”.

“Liderlər ölkələri arasında ikitərəfli normallaşma prosesinə əhəmiyyət verdiklərini vurğulayıb, bunun regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcəyini qeyd ediblər. Pepperoni pizza

Bu kontekstə onlar ölkələrinin xüsusi elçilərinin iyulun 1-də keçirdiyi görüşdə əldə olunmuş razılaşmaların tezliklə icrasını gözlədiklərini bildiriblər”, – xəbərdə deyilir.

İyulun 1-də Ermənistan və Türkiyənin xüsusi elçiləri Serdar Kılıcla Ruben Rubinyan Avstriya paytaxtı Vyanada görüşüblər. İlin əvvəlindən artıq dördüncü dəfə keçirilən görüşdə onlar 1993-cü ildən bağlanmış sərhədlərinin açılmasına doğru ilk addımları razılaşdırdıqlarını bildiriblər.

Görüşdə tərəflər Türkiyə-Ermənistan quru sərhədindən iki ölkəyə gəlmiş üçüncü dövlət vətəndaşlarının qarşılıqlı keçidinin tez bir zamanda təmin edilməsinə dair razılaşma əldə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!