Paşinyan ermənilərə: “Biz kiçik dövlətik, çalışırıq ki, Azərbaycanla...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan ermənilərə: “Biz kiçik dövlətik, çalışırıq ki, Azərbaycanla...”

Siyasət

11 Aprel 2023 14:08 6945


“Təhlükəsizlik bizim üçün çox böyük problemdir və bu problem addım-addım həll edilməlidir, bu da gündəmimizdədir”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vayots Dzor rayonunda sakinlərlə görüşündə deyib.

“Siz keçmişin və indinin bütün fəsadlarını bilirsiniz. Baxın, dünya fırtınalı okeana çevrilib, böyük dövlətlərin problemi var, bu durumda kiçik dövlətlərin nə qədər əziyyət çəkəcəyini təsəvvür edin. Bizim vəzifəmiz regionumuzda ən qısa zamanda davamlı sülhün bərqərar olmasıdır. Bu da asan deyil”, - baş nazir bildirib. Marqarita pizza

Paşinyan sülh müqaviləsi ilə bağlı Ermənistanla Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğunu söyləyib, amma buna rəğmən anlaşmanın önəminə diqqət çəkib: “Bütün bunlara baxmayaraq, bu yolu ardıcıl şəkildə davam etdirməyə heç nə mane olmur”.

Baş nazir əlavə edib ki, komandası əsas diqqəti bu məsələnin həllinə yönəldib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!