Paşinyan əsgərin döyülməsinə görə cavab verməlidir - Rusiyalı politoloq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan əsgərin döyülməsinə görə cavab verməlidir - Rusiyalı politoloq

Siyasət

13 Aprel 2023 18:06 910


Azərbaycan əsgərinin işgəncələrə məruz qalmasını əks etdirən görüntülər sadəcə dəhşətdir. 

Bunu Modern.az-a açıqlamasında rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix deyib. 

"Görünür, Ermənistan tərəfi Cenevrə Konvensiyasını unudub. İki ölkə arasında elan edilmiş müharibə yoxdur. Odur ki, belə münasibət nəinki qəbuledilməzdir, həm də əks reaksiyaya və əsl müharibənin böyük hissəsinə gətirib çıxara bilər. Paşinyan və dəstəsi buna görə cavab verməli olacaq", - deyə rusiyalı ekspert bildirib.  Dominos pizza

Qeyd edək ki, Azərbaycan ordusunun Naxçıvanda itkin düşən hərbçisi Hüseyn Axundov bu gün Ermənistan tərəfindən saxlanılıb. Ermənilərə məxsus sosial şəbəkə hesablarında azərbaycanlı əsgərin fotoları və videosu yayılıb. Əsgər H.Axundov ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb, qeyri-insani rəftarla üzləşib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!